Kürşad Zorlu: “Zəngəzur dəhlizi Türk dünyasının strateji inkişaf yoludur”
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Kürşad Zorlu Zəngəzur dəhlizini Türk dünyası üçün strateji əhəmiyyət daşıyan layihə adlandırıb.
O bildirib ki, Şuşa Bəyannaməsində əks olunan siyasi iradə Türkiyə-Azərbaycan münasibətlərinin gələcək inkişafına yön verən əsas sənəddir. Zorluya görə, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək marşrut yalnız regional nəqliyyat əlaqələrini deyil, həm də Cənubi Qafqaz və Şərqi Anadolunun iqtisadi potensialını ortaya çıxaracaq.
Siyasətçi dəhlizin Türkiyənin İğdır vilayətində də inkişafı stimullaşdıracağına əmindir və bu layihəni "Türk marşrutu" adlandıraraq Atatürkün Azərbaycan və Naxçıvana verdiyi önəmi xatırladıb.
Zorlu qeyd edib ki, region bu gün sülh və inkişaf baxımından əhəmiyyətli bir mərhələyə qədəm qoyur.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib