Azərbaycan güləşçiləri dünya çempionatında 3 medal qazandı
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında medal qazanan güləşçiləri təbrik edib.
"Ulusum.az" xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya çempionatında sərbəst güləş üzrə milli komandamızın üzvləri uğurla çıxış ediblər. Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq) və Arseniy Djioyev (86 kq) isə bürünc medal qazanıblar.
Federasiya rəhbərliyi idmançılarımızı, məşqçiləri və ailələrini bu nailiyyət münasibətilə təbrik edib. Bildirilib ki, bu, böyük əzmkarlığın nəticəsidir və gələcəkdə də uğurların davamı gözlənilir. Qeyd edək ki, dünya çempionatı sentyabrın 21-də başa çatacaq.

Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
