Məktəb mövsümündə uşaqlar necə qidalanmalıdır? Pediatrdan valideynlərə vacib tövsiyələr
Məktəb bufetlərində satılan işlənmiş qidalara yox deyin! Uşağınız üçün evdə hazırlanmış balanslı və sağlam qida çantası onların fiziki və zehni inkişafı üçün əsas şərtdir.
Pediatrın valideynlərə tövsiyələri ilə tanış olun.
Uzman doktor Rövşanə Həsənzadə Ulusum.az-a bildirib ki, valideynlər məktəblilərin çantalarına mütləq şəkildə sağlam və balanslı qidalar yerləşdirməlidirlər.
O qeyd edib ki, məktəb bufetlərində satılan işlənmiş və paketlənmiş məhsullar uşaqların sağlamlığı üçün təhlükə yarada bilər. Qida çantasında tam buğda çörəkləri, az şəkərli ev keks və sendviçləri, yumurta, pendir, toyuq və ya balıq kimi zülal mənbələri yer almalıdır.
Həmçinin, badam və digər quru yemişlər, meyvə və tərəvəzlər də immun sistemini gücləndirmək üçün vacibdir. Pediatrın fikrincə, hazır şirələr, çipsilər, fast-food məhsulları kimi işlənmiş qidalardan uzaq durmaq lazımdır.
Valideynlər övladlarının həm fiziki, həm də zehni inkişafını nəzərə alaraq gündəlik qida seçimlərinə diqqət yetirməlidirlər.
R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
