Misirin qəlbində 3400 illik sirlər

Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) arxeoloqları qədim Misirin tarixinə işıq salacaq inanılmaz bir kəşfə imza atıblar. Onlar Tutankhamonun atası və II Ramzeslə əlaqəli ola biləcək 3400 illik bir şəhərin qalıqlarını aşkar ediblər. Tapıntılar Kom-əl-Nuqus bölgəsində aparılan qazıntılar zamanı üzə çıxıb və "Antiquity" adlı elmi jurnalda dərc olunub.
Əvvəlcə alimlər bu ərazidə eramızdan əvvəl IV əsrə aid yunan nekropolunu araşdırırdılar. Amma gözlənilmədən çox daha qədim — Yeni Krallıq dövrünə (e.ə. 1550–1070) aid bir şəhərin izlərinə rast gəldilər.
🏛️ Tapılanlar nəyi göstərir?
Gildən hazırlanmış qədim tikinti kərpicləri
II Ramzesə aid məbəd
Hərbi şəxslərlə bağlı yazılar olan şəxsi məzar tikililəri
Və ən diqqətçəkəni — şəhəri eroziyadan qoruyan bənzərsiz drenaj sistemi!
Layihə rəhbəri Silven Dennin deyib:
“Tikililərin keyfiyyəti və küçələrin planı göstərir ki, bu, böyük və inkişaf etmiş şəhər olub.”
Amma ən həyəcanlandıran tapıntı nə idi, bilirsən?
Bir şərab amforasının üzərində Meritatonun – Ehnaton və Nefertitinin qızının adı yazılmış möhür! Bu, şəhərdə krallıq üzüm bağlarının olduğu və onların ordu tərəfindən qorunduğu ehtimalını ortaya çıxarır.
🔍 İndi alimlər nəyi araşdırır?
Şəhərin dəqiq ölçüləri
Tarixi adı
Yeni Krallıq dövründəki inzibati və siyasi rolu

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO