Bir zamanlar yol polisi maşınları - BAKIDA FOTO EKSKLÜZİV
2000-2008-ci illərdə Bakıda yol polislərinə müxtəlif markalı xidməti avtomobillər verilirdi.
Ulusum.az-a özəl illər öncə çəkilmiş YPX-nin bir zamanlar istifadəsində olan avtomobillərin şəkillərini arxivdən çıxarıb. Səkilərdə ilk olaraq 2005-ci il istehsalı “AzSamand” yer alıb. Məhdud sayda xidmətə verilən, 2 ölkənin birgə istehsal etdiyi avtomobil 2005-2008-cı illərdə xidməti istifadədə olub.
Növbəti şəkildə qardaş ölkənin istehsal etdiyi 2002-ci il buraxılışlı "Tofaş"ı görürük. Bu marka 2001-2005-ci illərdə maksimum sayda xidməti istifadəyə verilib.
Onları əvəz edən, növbəti şəkildə yer alan, 2004-cü il istehsallı “Volkswagen Passat”dır. Ömrü qısa, sayı çox olan "Passat"ların ömrü 3 il çəkib.
Son şəkillər isə ardıcıl olaraq "Mersedes E-270" və "BMW 525" markalı xidməti avtomobillərdir. Bir zamanlar "Mercedes E-270" zabit heyətinin sərəncamında idi.
Qeyd edək ki, hazırda YPX əməkdaşları son model lüks avtomobillərdən istifadə edirlər. Yaxın zamanda onların sırasına "Volvo"da qoşulacaq.
Ağa Dadaşzadə