Dünən, 14:00 0 İqtisadiyyat

Moody’s: Xarici investorlar Azərbaycanda “yaşıl enerji”yə marağı artırır

Moody’s: Xarici investorlar Azərbaycanda “yaşıl enerji”yə marağı artırır
Xarici investorların Azərbaycanda bərpa olunan enerji sektoruna artan marağı, hökumətin bu sahədəki hədəflərinə çatması üçün əsas amillərdən biri olacaq. Bu barədə beynəlxalq reytinq agentliyi Moody’s-in hesabatında qeyd olunub.

Sənəddə vurğulanır ki, son illərdə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri energetikaya özəl investisiyaları fəal şəkildə cəlb edirlər. Əsas tədbirlər arasında bazarların liberallaşdırılması, subsidiyaların azaldılması və kommunal müəssisələrin istehsalçı, ötürücü və paylayıcı şirkətlərə bölünməsi göstərilir. Bundan əlavə, müstəqil tənzimləyici qurumlar və dövlət-özəl tərəfdaşlığı (PPP) mexanizmləri yaradılıb, standartlaşdırılmış enerji alqı-satqı müqavilələri tətbiq olunub.

Hesabat müəllifləri bildiriblər ki, Azərbaycan və Özbəkistan bərpa olunan enerji mənbələrinin inkişafında regional liderə çevriliblər. COP29 ərəfəsində Azərbaycan “yaşıl” enerjinin ümumi gücdəki payı üzrə hədəfini artıraraq 2030-cu ilə qədər 35,5%-ə çatdırıb. Bu isə ümumi gücü 2250 MVt olan günəş və külək layihələrinin işə salınmasını nəzərdə tutur.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: