“Boris” qasırğası Avropa ölkələrini vurub, 7 nəfər ölüb

“Boris” qasırğası Mərkəzi və Şərqi Avropada geniş dağıntılara yol açıb, azı 7 nəfərin ölümünə səbəb olub. CNN xəbər verir ki, qasırğa Slovakiya, Macarıstan, Çexiya, Rumıniya və Avstriyaya təsir edib, güclü yağışlar, daşqınlar və güclü küləklərə səbəb olub.
Bratislava, Praqa və Vyanaya artıq bir aylıq yağıntı düşüb. Polşa və Çexiyada çaylar öz sahillərindən çıxıb, Almaniyada isə mümkün daşqınlara hazırlaşırlar. Təbii fəlakət Polşada bir, Rumıniyada beş, Avstriyada bir xilasedicinin həyatına son qoyub.
Çexiyada yanğın və xilasetmə xidmətinin baş direktoru Vladimir Vlçekin sözlərinə görə, 10,5 mindən çox insan təxliyə edilib. Polşanın baş naziri Donald Tusk ölkədəki vəziyyəti “dramatik” adlandırıb və qeyd edib ki, bütün vətəndaşlar təhlükənin miqyasını dərk etmir və evlərini tərk etməkdən imtina edirlər. Avstriyada bir neçə rayona qar yağıb ki, bu da sentyabrın havası üçün xarakterik deyil.
Siklon Macarıstan, Slovakiya və Almaniyaya təsir edərək Avropanı keçməyə davam edir. Bavariyada 100 mm-ə qədər yağıntı, Alp dağlarında isə güclü qar yağacağı gözlənilir.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Polis Akademiyasının kursantları fləşmob keçirib
Kişi evləndikdən sonra kimi seçməlidir: ananı, yoxsa həyat yoldaşını?
Demi Murun Həyatla Mübarizə Hekayəsi
Gömrük əməkdaşları dövlətə sədaqət andı içdi - VİDEO
Polis Akademiyasında Ümummilli Liderin 102-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
Ağdamda yeni nəqliyyat kompleksi – Böyük Qayıdışa güclü dəstək