Dünən, 11:07 0 Şou-biznes

Demi Murun Həyatla Mübarizə Hekayəsi

Demi Murun Həyatla Mübarizə Hekayəsi
Demi Murun həyat yolu — ağrılı uşaqlıq illərindən Hollivudun zirvələrinə qədər — onun iradəsini və daxili gücünü nümayiş etdirir. İndi isə gələcəyin ulduzunun ilk addımlarına və bu yolda qarşılaşdığı sınaqlara nəzər salaq.

Demi Mur 1962-ci ildə Nyu Meksikoda dünyaya gəlib və çətin bir uşaqlıq keçirib. Bioloji atasının yoxluğu, ögey atasının alkoqol və qumar problemi, anasının isə psixoloji çöküşü onun gəncliyini ağırlaşdırıb.

Demi Murun Həyatla Mübarizə Hekayəsi


Travmatik Təcrübələr


Demi Mur, 15 yaşında cinsi təcavüzə məruz qalmışdır. Bu hadisə onun həyatında dərin izlər buraxmış, uzun illər boyunca bu travma ilə mübarizə aparmasına səbəb olmuşdur. Anasının bir neçə dəfə intihara cəhd etməsi də Deminin psixoloji vəziyyətinə təsir göstərmişdir. Bütün bu çətinliklərə baxmayaraq, o, özünü toparlayaraq həyatda irəliləməyə davam etmişdir.



Karyeraya Başlanğıc

16 yaşında məktəbi tərk edərək modellik karyerasına başlamağa qərar verən Demi Mur, Elite Model Agentliyi ilə müqavilə imzalayaraq bu sahədə uğurlar qazanmışdır. Lakin onun əsas məqsədi aktyorluq idi. 1982-ci ildə çəkildiyi “Parazit” adlı qorxu filmində baş rolu oynayaraq ilk böyük karyera uğurunu qazanmışdır.



Uğurlu Karyera və Yenidən Doğuş

Demi Mur, “Ghost” (1990) və “A Few Good Men” (1992) kimi filmlərlə böyük uğurlar əldə etmişdir. Lakin şəxsi həyatı və bəzi filmləri ilə bağlı gələn tənqidlər, onun karyerasına mənfi təsir göstərmişdir. 2019-cu ildə nəşr olunan “Inside Out” adlı xatirə kitabında həyatındakı çətinliklər və mübarizələri açıq şəkildə paylaşmışdır. Bu kitab, ona özünü yenidən kəşf etməyə və həyatına yeni bir səhifə açmağa kömək etmişdir.

“Ghost”(1990)

"A Few Good Men"(1992)

İlk Evliliyi və Səhv Qərar

1980-ci ildə, yalnız 18 yaşında olarkən Demi Mur musiqiçi Freddi Murla ailə həyatı qurdu və onun soyadını qəbul etdi. Freddi ondan on yaş böyük idi və cütlük bir neçə mahnı üzərində əməkdaşlıq etmişdir. Lakin bu evlilik uzun sürmədi və 1985-ci ildə böşandılar. Demi Mur, bu evliliyi erkən yaşda verilmiş və səhv bir qərar kimi təsvir edir. O, toydan əvvəl Freddiyə xəyanət etdiyini etiraf edərək, bunun evliliyin uğursuzluğuna dair ilk ciddi siqnal olduğunu bildirib. .



İkinci Evlilik və Ailə Həyatı

1987-ci ildə Demi Mur və Bruce Willis Las Veqasda evləndi, toylarını Little Richard idarə etdi. Cütlüyün üç qızı – Rumer, Scout və Tallulah – dünyaya gəldi. 1990-cı illərdə hər ikisi karyeralarının zirvəsində olaraq Hollivudun ən nüfuzlu cütlüyünə çevrildi. Boşansalar da, dost qalaraq övladlarını birlikdə böyütməyə davam etdilər.



Üçüncü Evlilik və Şəxsi Çətinliklər

2005-ci ildə özündən 15 yaş kiçik aktyor Ashton Kutcher ilə evlənən Demi Mur, bu münasibətdə də çətinliklərlə üzləşmişdir. Cütlük 2011-ci ildə ayrılmış, lakin boşanma prosesi 2013-cü ildə tamamlanmışdır. Demi Mur, bu dövrdə şəxsi həyatında və karyerasında ciddi enişlərlə qarşılaşmışdır.



Striptiz Sayəsində Hollivudun Ən Çox Maaş Alan Aktrisası Oldu

Striptiz” filmi, Demi Murun karyerasının zirvəsi olaraq qiymətləndirilmişdi. Lakin film, ortalama kassa gəliri əldə etsə də, sərt rəylər və tənqidlər ilə qarşılaşdı. Mur, filmə dair çox sərt reaksiyalar almış və maaşının yüksək olmasına baxmayaraq, o dövrdə etdiyi işdən utanmağa başlamışdır. "Striptease" filmindəki rolu ilə rekord məbləğdə qonorar almış, lakin film tənqidçilər tərəfindən sərt rəylərlə qarşılanmışdır.







Ekranlara Qayıdış

62 yaşında olan Demi Mur, iki əzablı boşanmadan, depressiya və asılılıqdan qurtulduqdan sonra “Substance” adlı film ilə ekrana zəfərlə qayıtdı. Filmdə qocalmış Hollivud ulduzunun özünü cavanlaşdırmaq üçün qeyri-qanuni dərman qəbul etməsi və gözlənilməz yan təsirlər ilə mübarizə etməsi mövzusu işlənmişdi. Filmin uğuru, Oskarda səs-küyə səbəb olsa da, mükafatlardan kənarda qalmışdı.

My Webpage



"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: