14-06-2024, 12:46 0 Hadisə

Mədəsində 1.5 kq narkotik daşıyan şəxslər saxlanılıb - VİDEO

Mədəsində 1.5 kq narkotik daşıyan şəxslər saxlanılıb - VİDEO
Türkiyə hava limanında iranlılar yaxalandı: mədələrində 1,5 kilo narkotik tapıldı.

Dünən İstanbulun Sabiha Gökçen hava limanında İrandan Türkiyəyə turist qiyafəsində gedən iki şəxs saxlanılıb.

Məlumata görə, İstanbul Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Bölməsinin əməkdaşları şübhəli kimi saxladıqları İran vətəndaşlarını yoxlanış üçün xəstəxanaya aparıblar.

Qeyd olunub ki, onların mədəsində 122 kapsulda ümumilikdə 1 kilo 415 qram marixuana aşkar edilib. Hər iki şəxs ədliyyə orqanları tərəfindən tutularaq həbsxanaya göndərilib.

Eltun Məmmədov

Diqqət Çəkənlər
Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: