1-09-2025, 12:00 0 Hadisə / Dünya

Trampın keçmiş vəkili Rudi Culiani avtomobil qəzasına düşdü

Trampın keçmiş vəkili Rudi Culiani avtomobil qəzasına düşdü
ABŞ prezidenti Donald Trampın keçmiş vəkili və Nyu-Yorkun sabiq meri Rudi Culiani avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Bu barədə onun mühafizə rəhbəri Maykl Ragusa sosial şəbəkə X-də məlumat verib. Hadisə ABŞ-ın Nyu-Hempşir ştatında baş verib.

Qəza nəticəsində Culianinin döş fəqərələri, sol qolu, ayağının aşağı hissəsi zədələnib, həmçinin bir neçə kəsik və göyərmə alıb. Hadisə avqustun 30-da baş verib — respublikaçının keçmiş vəkilinin avtomobilinə arxadan yüksək sürətlə çırpılıblar.

Buna baxmayaraq, 81 yaşlı Culianinin əhvalı yaxşıdır. Ragusanın sözlərinə görə, Nyu-Yorkun sabiq meri artıq sağalmağa doğru gedir.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: