20-05-2025, 11:00 0 Hadisə

Saatlıda 5 kiloqramlıq marixuana əməliyyatı!

Saatlıda 5 kiloqramlıq marixuana əməliyyatı!
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə Dəllər kənd sakini Əbəlfəz Musayev saxlanılıb.

Adıçəkilən şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətdə olan yarımtikilidən 5 kiloqramdan artıq marixuana götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: