23-04-2025, 09:00 0 Hadisə

Kəşmirdə qanlı terror: 27 turist güllələndi

Kəşmirdə qanlı terror: 27 turist güllələndi
Hindistanın şimalındakı Cammu və Kəşmir birləşmiş ərazisində naməlum şəxslərin açdığı atəş nəticəsində azı 27 turist həlak olub. Bu barədə News18 telekanalı Hindistan Müdafiə Nazirliyi və güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, daha təxminən 20 nəfər yaralanıb, lakin hələlik rəsmi məlumat verilməyib.

Hadisəni şərh edən region rəhbəri Omar Abdullah bunu son illərdə mülki əhaliyə qarşı törədilən hücumlar arasında ən irimiqyaslısı adlandırıb.

Hadisənin Pahalgam adlı, turistlər arasında məşhur bir məkanda baş verdiyi bildirilir. Şahidlərin sözlərinə görə, hərbi formada olan iki nəfər Baisaran vadisində cığırla yuxarı qalxan turistlərə atəş açıb. Həlak olanlar arasında azı iki xarici vətəndaş da var.

Kəşmir yerli hakimiyyəti hadisəni terror aktı kimi qiymətləndirib.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: