Növbəti köç karvanı Laçın şəhəri və Zabux kəndinə ÇATDI

Aprelin 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonuna çatıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ULUSUM.az-a verilən xəbərə görə, Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Zabux kəndinə 2 ailə - 4 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 19:00
Zelenski: Mən Moskvaya getməyəcəyəm
Mətbəx
Bu gün, 18:00
Axşam yeməyi üçün nə bişirək?
Sağlamlıq
Bu gün, 15:00
Artıq çəki yalnız yeməkdənmi yaranır?
Dünya
Bu gün, 14:00
Aİ–Google müharibəsi böyüyürmü? Tramp qarışdı
Maraqlı
Bu gün, 13:00
Giorgio Armaninin mirası kimə qalacaq?
Dünya
Bu gün, 12:00
Rəqabəti pozduğuna görə Google yenə cərimələndi
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
ABŞ Rusiyanı Ukrayna ilə sülh danışıqlarına çağırdı