Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin edilib

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətində dəyişiklik edilib.
"Ulusum".az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Bundan əvvəl Fondun sədr müavini vəzifəsində çalışan B.Əzimov “İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri” ixtisası üzrə bakalavr, “Biznesin təşkili və idarəolunması” ixtisası üzrə magistr təhsili alıb.
Emin Əmrullayevin digər əmri ilə Rüfət Tağı Zadə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.
O, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi və Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirib. Rüfət Tağı Zadə bundan əvvəl Elm və Təhsil Nazirliyinin Peşə təhsili siyasəti şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri