Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
“Ulusum”.az xəbər verir ki, Seçki Məcəlləsinin tələblərinə əsasən bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir. Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası elan edir. Bu seçkilər hər 5 ildən bir keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.
Seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8:00-da açılacaq və səsvermə 19:00-a qədər davam edəcək.
Seçkilərdə 685 bələdiyyə üçün 16 min 96 namizəd mübarizə aparacaq. Seçkilərdə 70 625 nəfər yerli müşahidəçi olacaq. Media nümayəndələri heç bir quruma müraciət etmədən seçkini işıqlandıra bilərlər.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilib.
Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər. Seçki əraziləri üzrə aşağıdakı sayda bələdiyyə üzvləri seçilirlər:
1) əhalisi 500-dən az olan ərazilərdə - 5 bələdiyyə üzvü;
2) əhalisi 500-dən 999-dək olan ərazilərdə - 7 bələdiyyə üzvü;
3) əhalisi 1000-dən 4.999-dək olan ərazilərdə - 9 bələdiyyə üzvü;
4) əhalisi 5000-dən 9.999-dək olan ərazilərdə - 11 bələdiyyə üzvü;
5) əhalisi 10.000-dən 19.999-dək olan ərazilərdə - 13 bələdiyyə üzvü;
6) əhalisi 20.000-dən 49.999-dək olan ərazilərdə - 15 bələdiyyə üzvü;
7) əhalisi 50.000-dən 99.999-dək olan ərazilərdə - 17 bələdiyyə üzvü;
8) əhalisi 100.000-dən 299.999-dək olan ərazilərdə - 19 bələdiyyə üzvü.
Müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş:
əhalisi 99.999-dan çox olan ərazidə - 150;
əhalisi 49.999-dan çox olan ərazidə - 100;
əhalisi 19.999-dan çox olan ərazidə - 75;
əhalisi 9.999-dan çox olan ərazidə - 50;
əhalisi 4.999-dan çox olan ərazidə - 30;
əhalisi 4.999-dan az olan ərazidə - 15 seçici imzası toplamalıdır.
Bələdiyyə üzvlüyünə qeydə alınmış namizədin 3-ə qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər dairə seçki komissiyası tərəfindən qeydə alınır.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
İdman
Bu gün, 12:30
Azərbaycan–Ukrayna oyunu 1:1 hesabı ilə başa çatdı
Cəmiyyət
Bu gün, 11:55
Sentyabrın 22-i Azərbaycana payız gələcək
Hadisə
Bu gün, 11:30
Gəncədə yol qəzası – iki piyada xəsarət aldı
Dünya
Bu gün, 11:10
Nepalda böhran: prezident və baş nazir istefa verdi
Cəmiyyət
Bu gün, 11:00
Fuad Musayev Şirvanda vətəndaşları qəbul edəcək
Dünya
Bu gün, 11:00
Vaşinqtonun narazılığı – Tramp Dohaya zərbəni şərh etdi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə