Süni intellekt imtahanda tələbələri geridə qoydu

İngiltərədəki tədqiqatçılar süni intellektin bəzi imtahanlarda universitet tələbələrindən daha yaxşı nəticə göstərdiyini müəyyən ediblər.
Ulusum.az xəbər verir ki, Reading Universitetinin tədqiqatçıları bakalavr pilləsi üzrə psixologiya imtahanlarında süni intellekt chatbot ChatGPT-dən istifadə ediblər.
Tədqiqatçılar açıq-aşkar suallara cavab verən və məqalələr yazan ChatGPT-nin universitet tələbələrindən yarım bal daha yüksək qiymət aldığını qeyd ediblər.
İmtahanları qiymətləndirən müəllimlər suallara süni intellekt vasitəsilə cavab verildiyini dərk edə bilməyiblər. Universitetlərdə istifadə edilən plagiat proqramları da süni intellektləri aşkar edə bilməyib. Bu proqramlar zamanın yalnız 6 faizində süni intellekt aşkarlaya bilib.
İnsan dilini başa düşmək və onunla ünsiyyət qurmaq üçün nəzərdə tutulan “böyük dil modelləri”nin ortaya çıxması ilə süni intellektdən istifadənin artdığını bildirən tədqiqatçılar, xüsusilə Covid-19 epidemiyasından sonra onlayn imtahanların artdığını xatırladıblar.
Tədqiqatçılar Peter Scarfe və Etienne Roesch qeyd ediblər ki, universitetlərdə üzbəüz imtahanlara qayıtmaq lazım deyil, lakin süni intellektin inkişafına uyğun olaraq təhsil sistemi də dəyişməlidir.
Araşdırmanın nəticələri "Plos One" jurnalında dərc olunub.
Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 19:00
Zelenski: Mən Moskvaya getməyəcəyəm
Mətbəx
Dünən, 18:00
Axşam yeməyi üçün nə bişirək?
Sağlamlıq
Dünən, 15:00
Artıq çəki yalnız yeməkdənmi yaranır?
Dünya
Dünən, 14:00
Aİ–Google müharibəsi böyüyürmü? Tramp qarışdı
Maraqlı
Dünən, 13:00
Giorgio Armaninin mirası kimə qalacaq?
Dünya
Dünən, 12:00
Rəqabəti pozduğuna görə Google yenə cərimələndi
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO