Kondisioneri işlək vəziyyətdə qoyub yatmayın!

Trakya Universiteti Tibb Fakültəsi Fiziologiya kafedrasının müdiri Prof. Dr. Levent Öztürk işləyən kondisionerlə yatmağın bir çox sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Ulusum.az xarici KİV-ə istinadən bildirir ki, hava istiliyi mövsüm normalarını aşdığı zaman bu, yuxu rejimimizə mənfi təsir edir.
Çünki ideal yuxu mühitinin temperaturu 19-22 dərəcə arasında olmalıdır. 19 dərəcədən soyuq, 22 dərəcədən daha isti olduqda yuxu keyfiyyəti təsirlənir" deyə qeyd olunur.
İstidən qorunmaq və sərinləmək üçün kondisionerdən istifadənin geniş yayıldığına diqqət çəkən mütəxəssislər kondisionerdən düzgün istifadə edilməsinin vacib olduğunu bildirirlər.
Qeyd edilir ki, yataq otaqlarına yerləşdirilən kondisionerlərin 16-17 dərəcə deyil, ən aşağı səviyyədə, 20 dərəcə civarında işləməsi yuxu sağlamlığı üçün daha uyğun olardı.

Həmçinin təmizlənməmiş kondisioner filtrlərindən mikrobların tutulma riskinin olduğu vurğulanır. Həddindən artıq soyuqluğun təsiri ilə yoluxucu xəstəliklər də yarana bilər. Hərəkət sistemi ilə bağlı pozğunluqlar, əzələ krampları, boyun və soyuyan əzələ qruplarında çiyin tutulması meydana gələ bilər, boğazda soyuqluq və ya daha ağır vəziyyətlərdə pnevmoniyaya səbəb ola bilər.
Bəs isti günlərdə kondisionerlə necə davranmalı?
Yatmazdan əvvəl bir müddət kondisioneri yandıraraq otağı sərinlətmək, daha sonra söndürdükdən sonra yatmaq tövsiyə olunur.
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 18:41
Röya Ayxanın atası vəfat etdi
Köşə
Bu gün, 18:25
Filtrlərin arxasında itən gerçəklik
Mətbəx
Bu gün, 18:00
Zoğal Mürəbbəsi — Təbiətin Şirin Sirri
Sağlamlıq
Bu gün, 17:34
Hansı qadınlarda insult riski daha yüksəkdir?
Sağlamlıq
Bu gün, 17:30
Bağırsaq xərçəngindən necə qorunaq?
Siyasət
Bu gün, 17:28
XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb
İdman
Bu gün, 17:24
Aygül Abdullayevaya vəzifə verildi
Mətbəx
Bu gün, 16:00
Dadlı Alça Turşusu – Evdə Asan Hazırlanan Ləzzət
Hadisə
Bu gün, 15:38
Qusarda kişi arvadı və qaynını baltalayıb
Populyar Xəbərlər
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri
325 milyonluq superyaxta hərraca çıxarılır — sahibinin kimliyi şübhə doğurur
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Rəsmi Tokio Xirosima bombalamasında ABŞ-ı dilə gətirmədi
Ağ Evdə Moskvasız Sülh Sammiti - Euronews