B planı işə düşdü
Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyanın hərbi ambisiyalarını dəstəkləməsi ABŞ və müttəfiqlərinə ciddi problemlər yarada bilər.
Ulusum.az bildirir ki, bu barədə "Nyu-York Tayms" qəzeti yazır.
Nəşr bildirir ki, ABŞ və müttəfiqləri Ukraynanın onların silahları ilə Rusiya ərazisini vura biləcəyini bəyan etdikdən sonra Putin nüvə təhlükəsini artırmağa başlayıb. Rusiya artıq taktiki nüvə silahlarının tətbiqi üzrə təlimlər keçirib. Həmçinin Rusiya lideri söyləyib ki, Moskva nüvə arsenalından nə vaxt istifadə edəcəyini müəyyən edən doktrinanın dəyişdirilməsini nəzərdən keçirəcək. Bundan əlavə, o, Avropanın NATO üzvü olmayan ölkələrinə öz kiçik ərazilərini xatırladıb, onların asanlıqla məhv edilə biləcəyinə eyham vurub.
Şimali Koreya ilə qarşılıqlı müdafiə aktı imzaladıqdan sonra Putin Ukraynanın Qərb silahlarından istifadəsinə məhdudiyyətlərin yumşaldılmasına cavab olaraq, Pxenyanı silahlandıra biləcəyi barədə xəbərdarlıq edib.
"Qərb Ukraynaya silah verib deyir ki, biz burada heç nəyə nəzarət etmirik. Biz də deyə bilərik ki, kiməsə nəsə veririk, sonra ona nəzarət etmirik. Qoy bu haqda düşünsünlər", - Putin Şimali Koreyaya səfəri zamanı söyləyib.
Məqalədə vurğulanır ki, Kreml rəhbərinin Asiyaya səfəri zamanı etdiyi sərt xəbərdarlıqlar Rusiya və Qərbi Ukrayna ilə bağlı yeni eskalasiya mərhələsinə sürükləyir.
"Nüvə silahından istifadə etmək və ya Ukraynada döyüş meydanında təxribatları artırmaqdan başqa, Rusiya lideri sübut etmək istəyir ki, Qərbə başqa yollarla və başqa yerlərdə təzyiq göstərə və onu qarşıdurmaya çəkə bilər", - məqalədə deyilir.
Politoloq Aleksandr Qabuyevə görə, Rusiya Ukraynaya hərbi dəstək verən Qərbdən əvəz çıxmaqda qərarlıdır, bu baxımdan bir sıra dönməz addımlar atmağa, məsələn, Şimali Koreya ilə mürəkkəb hərbi texnologiyaları bölüşməyə hazırdır.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
5-05-2024, 19:48
NATO-Rusiya gərginliyi durmadan artır, Qərbdə zaman qazanılması üçün Ukrayna savaşının uzadılmasına qərar verilib...
22-04-2024, 18:07
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) yeni hesabatını dərc edib. ULUSUM.az hesabata nəzər yetirərək
15-05-2024, 22:40
©Mənbə: Keyt Srakokiç Amerika ictimaiyyətində və hökumət səviyyəsində bir mövzu həmişə qızğın mübahisələrə səbəb olub:
2-05-2024, 12:00
"Nüvə silahı əldə etmək istəyən dövlətlərin sayı artdıqca, bu, nüvə silahı olmayan ölkələrdə narahatlıq yaradır.
22-05-2024, 12:50
İsveç və Polşa ərazilərində NATO nüvə hazırlıqlarının yerləşdirilməsinin ardınca ərazisində genişmiqyaslı müharibə
Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 12:21
Bazar gününün havası açıqlanıb
Cəmiyyət
Bu gün, 12:03
Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib
İdman
Bu gün, 09:55
Harri Keyn Bundesliqada yeni rekorda imza atıb
Siyasət
Bu gün, 07:49
Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər
Cəmiyyət
Dünən, 20:00
“Akvarel yağışı” təqdim olunub
Analitika
Dünən, 18:32
Çin və Amerika Arasında Ticarət Müharibəsi
Cəmiyyət
Dünən, 17:39
22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü Salyan rayonunda qeyd olunub
Hadisə
Dünən, 16:27
ABŞ-ın Londondakı səfirliyində partlayış baş verib
Hadisə
Dünən, 16:23
Olaf Şolts Rusiyanın "Oreshnik" ballistik raketindən istifadəsini "qorxunc eskalasiya" hesab edir
Populyar Xəbərlər
Çin və Amerika Arasında Ticarət Müharibəsi
“Akvarel yağışı” təqdim olunub
22 Noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü Salyan rayonunda qeyd olunub
I Qarabağ müharibəsinin nəticələrinin analitik təhlili
Salyan sakini ölümlə çarpışan yaralı hacıleylək quşunu xilas edib
COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib