11-06-2024, 12:30 0 Gündəm / Hadisə

Naxçıvanda magistral su xəttində qəza oldu

Naxçıvanda magistral su xəttində qəza oldu
Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib.

Ulusum.az xəbər verir ki, Naxçıvan şəhərinin Babək məhəlləsindən keçən magistral su xəttində qəza qeydə alınıb.

Qəzaya səbəb 355 mm-lik borunu sıradan çıxması göstərilir. Borunun partlaması nəticəsində Babək məhəlləsi, Əlincə məhəlləsi, 6-cı məhəllə və Hacıniyyət kəndinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb.

Hazırda Naxçıvan Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.
Diqqət Çəkənlər
Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: