Kolleclərdə yoxlama: 6 direktor və 4 direktor müavini işdən çıxarıldı

Orta ixtisas təhsili müəssisələrində keçirilən ilkin monitorinqlər başa çatıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhərində yerləşən 14 orta ixtisas təhsil müəssisəsində monitorinqlər keçirilib. Bununla da Agentliyin tabeliyində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrində ötən ilin sonundan etibarən keçirilən ilkin monitorinqlər yekunlaşıb.
Ulusum.az xəbər verir ki, Monitorinqlər zamanı kolleclərin maddi-texniki bazasına və bir sıra tədris sənədlərinə baxış keçirilib, eləcə də tədris prosesi izlənilib. Nəticədə Ağdam Dövlət Sosial-İqtisadi Kolleci, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) nəzdində Sosial-İqtisadi Kolleci, ADİU-nun nəzdində Qida Sənayesi Kolleci və ADİU-nun nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktorları və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleclərinin tədris işləri üzrə direktor müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, monitorinqlər ölkə üzrə 35 orta ixtisas təhsil müəssisəsində keçirilib və nəticələr barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılıb. Monitorinqlər nəticəsində ümumilikdə 6 direktor və 4 direktor müavini ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
İqtisadiyyat
Bu gün, 10:51
Pensiya ödənişləri artıb - AÇIQLAMA
İdman
Bu gün, 10:30
PSJ UEFA Superkubokunun sahibinə çevrildi - VİDEO
Mətbəx
Bu gün, 10:15
Qışa hazırlıq: Bilənlər bilir…
Dünya
Bu gün, 10:00
Makron Fransanın qaralıq keçmişini açdı
Hadisə
Bu gün, 09:03
Şair Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb
Dünya
Bu gün, 09:00
Tramp Putini “ciddi nəticələrlə” hədələyib
Sağlamlıq
Dünən, 18:00
Yay İstisində İdman: Ürəyimizi Necə Qoruyaq?
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
325 milyonluq superyaxta hərraca çıxarılır — sahibinin kimliyi şübhə doğurur
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO