22-04-2024, 12:24 0 Gündəm / Türk dünyası / Diaspora

Milli adət-ənənələrimiz bu ölkədə NÜMAYİŞ ETDİRİLDİ - VİDEO EKSKLÜZİV

Milli adət-ənənələrimiz bu ölkədə NÜMAYİŞ ETDİRİLDİ - VİDEO EKSKLÜZİV

28 May - Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir. Hər il olduğu kimi, şübhəsiz, bu il də Müstəlillik bayramımız tək Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimiz tərəfindən də böyük coşğu ilə qeyd olunacaq. Artıq bununla bağlı silsilə tədbirlərə start verilib. 

Qazaxıstanın Türküstan vilayətinin mərkəzi Çımkənd şəhərində fəaliyyət göstərən Azərbaycan Etno Mədəniyyət Mərkəzinin rəhbəri Ramilə Mustafayeva xüsusi olaraq ULUSUM.az saytına açıqlama verib. Bildirib ki, burada Azərbaycanın milli adət-ənənələri daim qorunub saxlanılır. Fəaliyyət göstərdiyi 6 il müddətində hər il dövlət bayramlarımızın hamısı təmtəraqla keçirilir. 

“Bu il 28 May – Respublika Gününün 106-cı ildönümünü sevinc hisi ilə qeyd edirik. Burada şənliklər təşkil edir, milli mətbəximizi, milli musiqimizi, rəqslərimizi nümayiş etdirir, yaşadırıq. Doğma vətənimizin uğuru bizim uğurumuz, ucalığı ucalığımızdır! Yaşasın Azərbaycan!”

Ramilə Mustafayeva ULUSUM-a həmçinin bildirib ki, gələn ayın sonunadək silsilə tədbirlər davam etdiriləcək. 

Qeyd edək ki, Türküstan vilayətində ümumilikdə, 22 min azərbaycanlı yaşayır ki, bunun da 10 mindən çoxu təkcə Çımkənd şəhərindədir.

Rəşad Ələkbərov



Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: