Sahibsiz itlər azyaşlıya hücum etdilər - VƏZİYYƏTİ AĞIRDIR

Bakıda sahibsiz itlər azyaşlı qıza hücum ediblər.
Ulusum.az bildirir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park" yaşayış massivində qeydə alınıb.
Belə ki, 2013-cü il təvəllüdlü Ə.M. (ad, soyad şərtidir) bu gün axşam saatlarında həyətdə dostları ilə oynayarkən itlər ona hücum ediblər. Bu zaman o, qaça bilməyib və ağır xəsarətlər alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, Ə.M. saat 19:30-da təcili tibbi yardım vasitəsilə Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib və kəllə-beyin travması alıb:
"Ona zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhinə peyvənd vurulub. Vəziyyəti stabil qiymətləndirilən şəxs daha ixtisaslı müayinə üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub".
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 19:00
Kişinyov məhkəməsi Yevgeniya Qutsulu həbs etdi
Dünya
Bu gün, 17:30
Rusiya ordusu Ukraynanın dəmir yolu obyektlərini hədəfə aldı: İtkilər var - VİDEO
Cəmiyyət
Bu gün, 16:12
“Bilik Karvanı” aksiyasına rəsmi start verildi
Hadisə
Bu gün, 16:09
İnterpol onu axtarırdı – Azərbaycanda yaxalandı
Sağlamlıq
Bu gün, 16:00
Niyə "ayaq üstə ayaq" oturmaq olmaz?
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri