Bu gün, 18:00 0 Dünya

CNN: Tramp Zelenskiyə “acı həbi udmağı” tələb edir

CNN: Tramp Zelenskiyə “acı həbi udmağı” tələb edir
Ağ Evdə ABŞ lideri Donald Tramp ilə görüşdə Vladimir Zelenskiyə Ukrayna münaqişəsinin həlli çərçivəsində ərazilər mövzusunda “acı həbi udmaq” lazım gələcək. Bu barədə CNN-ə Cənubi Kaliforniya Universitetinin Mərkəzi Avropa Tədqiqatları üzrə direktoru Robert İnqliş bildirib.

“Krımın və Donbasın böyük hissəsinin geri qaytarılması ilə bağlı hər hansı illüziya artıq dağılıb”, – deyə ekspert vurğulayıb.

İnqliş əlavə edib ki, Tramp Zelenskiyə açıq şəkildə başa salıb: itirilmiş ərazilərlə barışmaq və onların uzunmüddətli perspektivdə geri qaytarılmayacağını qəbul etmək məcburiyyətində qalacaq.

“Pərdəarxasında tam aydın bir anlayış var: Zelenski bu acı həbi udmalı olacaq”, – deyə o qeyd edib.


Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: