19-04-2024, 12:00 0 Gündəm / Siyasət

"Anti-İsrail nümayişləri HƏBS EDİLMƏLİDİR" EKSKLÜZİV FOTO

"Anti-İsrail nümayişləri HƏBS EDİLMƏLİDİR" EKSKLÜZİV FOTO

Tennesi ştatından olan Respublikaçı Senator Marşa Blakborn Fox News kanalına verdiyi müsahibəsində anti-İsrail nümayişləri və təhlükəsizlik narahatlıqlarını həll etmək səyləri barədə açıqlama verib.

ULUSUM.az-ın məlumatına əsasən, Xanım Blakborn bildirb ki, İsrail-Fələstin münaqişəsi başlayandan bəri Fələstini dəstəkləyən aksiya iştirakçıları Amerikanın müxtəlif ştatlarında anti-israil etiraz aksiyaları keçirərək körpülərdə, şəhərlərdə, hava limanlarında narahatlıq yaradırlar.

Blakbornun sözlərinə görə, bu aksiyalar insanların normal həyatını pozaraq, onların işə və digər yerlərə getmələrini əngəlləyir.
"Nyu Yorkda, Kaliforniyada, Floridada keçirilən küçə aksiyalarının qarşısı alınmalı və aksiya iştirakçıları məsuliyyətə cəlb olunmalıdır", - deyə Xanım əlavə edib. 
Act Blue internet səhifəsindən sözügedən aksiyalaratoplanan ianələrə toxunan senator anti-israil etiraz aksiyalarına qoşulan Fələstinlilərin və onların tərəfdarlarının həbs olunmasını və bu aksiyaların keçirilməsinə icazə verilməməsini təklif edib.

Münəvvər Vahabova

Ulusum.az-ın ABŞ Bürosu

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: