8-05-2024, 21:33 0 Gündəm / İqtisadiyyat

Qatarların monitorlarını "bəzəyən" REKLAMLAR - EKSKLÜZİV

Qatarların monitorlarını "bəzəyən" REKLAMLAR - EKSKLÜZİV
Sürət qatarlarında maarifləndirici məlumatlardan çox reklam görürük.

Ulusum.az xəbər verir ki, Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarlarının monitorunda qatar və cədvəl haqda məlumatdan çox reklama yer ayrılır.

Kommersiya məqsədi ilə yayımlanan reklamlar ADY-nin marketinq şöbəsinin prioritet istiqamətlərdən biridir sanki. Bu da sərnişinlərin narazılığına səbəb olur.

Qatarın sürəti, məkan və cədvəl haqda məlumat əldə etmək üçün sərnişin 5-9 dəqiqə ərzində gözünü monitordan çəkməməlidir, əks halda istədiyi məlumat bir göz qırpımında yox olacaq. Çünki məlumatları əks etdirən görüntülərin vaxtı olduqca azdır.

P.S. Gəlir əldə etmək lazımdır, ancaq sərnişinlərə hörmət də vacibdir.
Ağa Dadaşzadə
Qatarların monitorlarını "bəzəyən" REKLAMLAR - EKSKLÜZİV


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: