ADY sərnişinləri havasızlıqla İMTAHAN EDİR... EKSKLÜZİV

Sumqayıt-Xırdalan-Bakı sürətli elektrik qatarlarında çətin anlar yaşanıb.
ULUSUM.az saytına xüsusi olaraq verilən məlumata əsasən, sərnişinlər havasızlıqdan şikayətçidirlər. Havaların isti keçməsi, digər tərəfdən də qatarda sıxlığın olmasına rəğmən havalandırma sistemi hələ qoşulmayıb. Mövsümlə əlaqədar bu tədbirin görülməsi vacib olsa da, ADY niyəsə hələ ki bu addımı atmağa lüzum görmür.
Sərnişin: "Havalar isinib, qatar da qabalıdır, nəfəs almaq olmur".
Sərnişin: "Ürəyi xəstə adamam, hər gün səhər-axşam bu qatardan istifadə etməli oluram, dözülməzdir...".
Sərnişin: "Bu ADY hara baxır? Daha havalar da isinib. Niyə havalandırmanı qoşmurlar? Görünür, sərnişinlərin vəziyyəti onları narahat etmir, daimi müştəriyik biz burda".
Sərnişinlərin şikayətlərini nəzərə alıb, "Azərbaycan Dəmir Yolları" QSC ilə məsələyə aydınlıq gətirməyə çalışdıq.
Qurumun Mətbuat Xidmətindən isə bunu bildirdilər:
"Bütün Stadler qatarlarımızda kondisionerlər işlək vəziyyətdədir".
Beləliklə, ADY sərnişinlərin qatarda diskomfortuna səbəb olan bu problemə lakonik cavab verməklə kifayətləndi.
Madam ki, sözügedən qatarda kondisionerlər işlək vəziyyətdədir, o zaman niyə işə salınmır?
Faktiki olaraq, ortada problem var və bu, aidiyyatı qurum tərəfindən aradan qaldırılmalıdır, əks halda, Sumqayıtdan Bakıya gedən qatar sərnişinləri ünvana yox, son mənzilə aparacaq...
Mövzu diqqətimizdədir...
Ağa Dadaşzadə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Şou-biznes / Türkiyə
Dünən, 21:10
Volkan Konak Musiqinin Ulu Səsi, Son Veda
Sağlamlıq
Dünən, 21:00
Sağlamlıq üçün "KİMÇİ" yeyin
Sağlamlıq
Dünən, 19:30
Kürünü unutduran meyvə
Dünya
Dünən, 19:00
Mask yenidən dünyanın ən zəngin adamıdır
Dünya
Dünən, 18:00
İmran Xan Nobel Sülh Mükafatına namizəd olub
Dünya
Dünən, 17:30
Ukrayna və ABŞ yeni sazişlə bağlı razılığa gəliblər
Gündəm
Dünən, 17:00
Günəşdə güclü parlama baş verib
Hadisə
Dünən, 16:31
Xocavənddə tələ partlayıcı qurğu aşkarlanıb
Dünya
Dünən, 16:00
10-dan çox Çin gəmisi Tayvana yaxınlaşır