Bu gün, 13:00 0 Hadisə

Keniyada faciə: 14 yaşlı qız şir tərəfindən parçalandı

Keniyada faciə: 14 yaşlı qız şir tərəfindən parçalandı
Kenyanın paytaxtı Nayrobidə bir şir 14 yaşlı qızı parçalayıb, – The Sun nəşri xəbər verir. Məlumata görə, hadisə milli parkın yaxınlığında baş verib. Qızın meyiti sonradan Mbaqati çayında tapılıb.

Bildirilib ki, faciə barədə ölkənin Vəhşi Təbiət Xidməti əməkdaşına hadisəyə şahid olan başqa bir yeniyetmə məlumat verib. Şirin axtarışları hələ də davam edir.

Daha əvvəl Hindistanda Asiya şiri beş yaşlı uşağı öldürüb. Vəhşi heyvan uşaq evin yaxınlığında oynayarkən ona hücum edib və meşəyə apararaq orada parçalayaraq öldürüb. Yırtıcını izləyib öldürməyə çalışıblar, lakin bu cəhdlər nəticə verməyib.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: