Papa Fransisk: Taxtda yox, sadəlikdə ucalan adam

"Papa Fransisk bütün gücünə baxmayaraq, sadə bir həyat yaşayıb".
“Ulusum”.az-ın məlumatina görə, bu barədə NEWS.ru-ya Vatikanın yaxın dostu, Dünya Staroverlər Birliyinin sədri Leonid Sevastyanov məlumat verib. Onun sözlərinə görə, Papa yalnız iki otaqlı kiçik bir mənzildə yaşayıb.
“Bütün nüfuz və hakimiyyətinə baxmayaraq, o, Müqəddəs Marfa Rezidensiyasında – sadə bir qonaq evində yaşayırdı. Vatikan sarayında yaşamaqdan imtina etmişdi. Onun mənzilində cəmi iki otaq vardı: yataq otağı və qəbul otağı”, – deyə Sevastyanov bildirib.
O əlavə edib ki, Papa Fransisk həm teologiya və siyasətlə məşğul ola bilən, həm də adi gündəlik işlərdən xəbərdar olan bir insan idi. Onun fikrincə, yeni papa üçün Fransiskə bənzəmək çox çətin olacaq.
“O, bütün insanlara eyni cür yanaşırdı. Məsələn, əvvəl prezidentlərlə görüşərdi, sonra isə evsizlərlə və Roma həbsxanasındakı dustaqlarla. Prezidentə necə hörmətlə yanaşırdısa, evsizə də eyni hörmətlə və anlayışla yanaşırdı. Bu mənada o, həyat tərzi ilə xristianlığın əsl incil həqiqətlərini nümayiş etdirmişdi”, – deyə Sevastyanov qeyd edib.
Xatırladaq ki, Papa Fransisk 88 yaşında vəfat edib. O, Roma Katolik Kilsəsinin ilk Latın Amerikalı lideri olub, 12 il ərzində papalıq edib və bir sıra xəstəliklərdən əziyyət çəkirdi.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə