Dünyanın ən təhlükəsiz şəhərində ard-arda cinayətlər... EKSKLÜZİV
Danimarka polisi təhlükəsizlik tədbirlərini gücləndirir.
Son illər dünyada artan cinayət hadisələri, zorakılıq halları və miqrantların qeyri-adekvat davranışları öz kübar üslubu ilə seçilən Danimarkadan da yan keçməyib.
Ulusum.az-ın əldə etdiyi məlumata əsasən, ötən həftə Kopenhagenin mərkəzində baş vermiş bir neçə cinayət hadisəsi insanları təşvişə salıb. Buna görə də Danimarka polisi təhlükəsizlik tədbirlərini gücləndirməyə qərar verib. Belə ki, qərara əsasən təhlükəsizlik tədbirlərini çərçivəsində əsəs yollarda, müxtəlif saatlarda şəhər və şəhər kənarı iaşə obyektlərində ümumən istənilən avtomobildə yoxlamalar aparılacaq və mütəmadi reydlər keçiriləcək.
Qeyd edək ki, Danimarkanın paytaxtı Kopenhagen dünyanın ən təhlükəsiz şəhərlərindən hesab olunur.
Ağa Dadaşzadə