ABŞ və Kanada institutunun elmi rəhbəri vəfat edib

Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun elmi rəhbəri və keçmiş direktoru Sergey Roqov 77 yaşında dünyasını dəyişib. “Ulusum”.az xəbər verir ki, bu barədə institutun mətbuat xidməti "İnterfaks"a məlumat verib.
Vida mərasiminin tarixi və yeri ilə bağlı məlumat sabah institutun rəsmi saytında dərc olunacaq.
Sergey Roqov sovet və rusiyalı politoloq, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü olub. O, Rusiya-Amerika münasibətləri üzrə tanınmış mütəxəssis kimi çıxış edib və 300-dən çox məqalə, 16 monoqrafiya müəllifi olub.
Roqov 22 oktyabr 1948-ci ildə Moskvada anadan olub. 1971-ci ildə MDU-nu (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu) bitirib. 1976-cı ildə ABŞ və Kanada İnstitutunun aspiranturasını tamamlayaraq namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib.
Elmi və İdarəçilik Fəaliyyəti
1989-1991-ci illərdə ABŞ və Kanada İnstitutunun Hərbi-Siyasi Araşdırmalar şöbəsinə rəhbərlik edib.
1991-1995-ci illərdə institutun direktor müavini olub.
1995-ci ildən 2015-ci ilə qədər institutun direktoru vəzifəsini icra edib.
2015-ci ildən institutun elmi rəhbəri vəzifəsini daşıyıb.
Sergey Roqov həmçinin Rusiya hökuməti yanında İqtisadi Şura, Təhlükəsizlik Şurası və Xarici İşlər Nazirliyi nəzdində elmi şuraların üzvü olub.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 17:00
Ürək çatışmazlığının gizli əlamətləri
Sağlamlıq
Bu gün, 16:00
Bu qidaları birlikdə yemə — bədəninə ağır gəlir!
Sağlamlıq
Bu gün, 15:00
Bu səhər vərdişləri səni tez qocaldır – diqqətli ol
Gündəm
Bu gün, 12:38
İstirahət Məkanı Qəçrəşin Təbii Səssizliyi FOTO-VİDEO
Hadisə
Bu gün, 12:30
FİN: Sumqayıt ticarət mərkəzində yanğın genişlənməsinə imkan verilməyib - VİDEO
İqtisadiyyat
Bu gün, 11:30
“Nur” layihəsi: Azərbaycan qazı Albaniyada!
Populyar Xəbərlər
Yeni Yaşımın Səssiz Gücü
Əlisultan İsgəndərzadə – Zəhmətlə Yoğrulmuş Ömür
Rəxşəndə – Günəşi Ürəyində Daşıyan Qadın
"Ulusum.az"-ın İşığı, Rəxşəndə İkram qızı — Doğum Günün Mübarək!
Xəzər Universitetində “Maarifçi” Proqramına Maraqlı Start!
Yaxşılıqla Gözəlləşən Dünya: Yunus Əmrənin İşığında Jalə Cəfərovanın Söz Yolu