Almaniya Maliyyə Nazirliyi ABŞ-ı danışıqlara çağırıb

Almaniyanın maliyyə naziri Yörg Kukis, ABŞ Prezidenti Donald Trampın Avropa məhsullarına rüsumlar tətbiq edəcəyini açıqlamasının ardından ticarət münaqişəsinin qarşısını almaq üçün ABŞ administrasiyası ilə danışıqlar aparmağa çağırıb. “Ulusum”.az xəbər verir ki, bu fikri nazir, Bayerischer Rundfunk (BR) radio stansiyasına verdiyi müsahibədə səsləndirib.
Kukis, problemin diplomatik yolla həll edilməsinin vacibliyini vurğulayıb və danışıqlardan qarşılıqlı faydanı qeyd edib. O, Amerikanın enerji və texnologiya şirkətlərinin Avropa bazarına olan böyük marağını diqqətə çatdırıb və bunun danışıqlarda effektiv bir təzyiq vasitəsi ola biləcəyini qeyd edib. Nazir, həmçinin Trampın Avropa ilə ticarət mübadiləsini artırmaq istəyini və Kanadadan və Meksikadan gələn mallara tətbiq olunan rüsumların dayandırılmasını uğurlu danışıqların nəticəsi kimi göstərib.
Bununla belə, Kukis, Trampın açıqlamalarına ciddi yanaşmağın vacibliyini qeyd edərək, AB-yə mümkün rüsumların tətbiqinə hazır olmağı tövsiyə edib. Əgər Tramp belə bir qərar qəbul edərsə, nazir bu zaman qarşılıqlı tədbirlərin görülməsinin zəruri olduğunu bildirib.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri