Aİ liderləri ABŞ-ın rüsum qərarına cavab verəcəklərini bildiriblər

Avropa İttifaqının bir neçə ölkəsinin liderləri, ABŞ prezidenti Donald Trampın Aİ-dən idxal olunan mallara rüsum tətbiq edəcəyi halda, buna cavab verəcəklərini bildiriblər. “Ulusum”.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Danimarkanın baş naziri Mette Frederiksen Aİ-nin qeyri-rəsmi sammiti ərəfəsində bildirib:
"Əgər ABŞ Avropaya qarşı sərt rüsumlar tətbiq edərsə, biz güclü kollektiv cavab verməyə məcbur olacağıq."
Fransa prezidenti Emmanuel Makron da bu mövqeyi dəstəkləyərək, Avropanın öz ticarət maraqlarını qorumaq məcburiyyətində qalacağını vurğulayıb.
Polşanın baş naziri Donald Tusk isə Aİ-nin "tamamilə lazımsız və axmaq ticarət müharibəsindən" yayınmaq üçün əlindən gələni etməli olduğunu qeyd edib. Aİ-nin xarici işlər rəhbəri Kaya Kallas da bu fikri bölüşərək, ticarət müharibəsinin nə ABŞ, nə də Aİ üçün faydalı olmayacağını bildirib.
Almaniya kansleri Olaf Şolts ABŞ və Aİ arasında əməkdaşlığın vacibliyini vurğulayıb, Finlandiyanın baş naziri Petteri Orpo isə qarşıdurma əvəzinə danışıqların aparılmalı olduğunu qeyd edib.
Lüksemburqun baş naziri Lük Friden mümkün rüsumlara Aİ-nin eyni addımlarla cavab verməli olduğunu, İrlandiyanın baş nazir müavini Saymon Harris isə Avropanın ABŞ-la bu gərginliyin qarşısını almaq üçün işləməli olduğunu bildirib.
Qeyd edək ki, Donald Tramp bu həftə Meksika və Kanadadan idxal olunan məhsullara 25%, Çindən gətirilən mallara isə əlavə 10% rüsum tətbiq edən fərman imzalayıb. Kanada enerji sektoruna tətbiq ediləcək 10%-lik rüsum isə neft, qaz və elektrik enerjisini əhatə edir. ABŞ prezidenti həmçinin Aİ-dən gətirilən mallara da rüsum tətbiq edə biləcəyini bildirib.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 15:00
Diz ağrısının səbəbi yalnız travma deyil
Dünya
Bu gün, 14:00
Tramp Əfqan qaçqınlarının ABŞ-a köçünü dayandırır
Dünya
Bu gün, 13:30
Paşinyana qarşı cinayət iddiaları – “Zartonk” partiyası Baş Prokurorluğa müraciət etdi
Dünya
Bu gün, 11:00
Donald Trampın xüsusi elçisi Qəzzaya yola düşdü
Hadisə
Bu gün, 10:48
Kürdəmirdə kütləvi zəhərlənmənin səbəbi məlum olub
Populyar Xəbərlər
Xəzər Universitetinin 54-cü Məzunluq Mərasimi – Gözəl və Yaddaqalan Anlar! - FOTO
Xəzər Universiteti ilə Qürur Dolu Anlar: “MƏZUN-2025” Tədbiri - VİDEO
Şair İbrahim İlyaslı nələrdən danışdı? - REPORTAJ
Xamenei ABŞ-a xəbərdarlıq etdi: Daha güclü zərbə mümkündür
Reproduktiv Gücün Formulu: Kişi Sağlamlığı üçün 9 Vacib Nutrient
Ana qəlbinə toxunan şəfalı əllər – bir ürəyə ümid, bir ailəyə sevinc - FOTO