"Tea" Tətbiqində Şok Sızıntı: Özəl Fotolar və Kimliklər Ortalığa Saçıldı

Milyonlarla qadının istifadə etdiyi məşhur flört və məlumat paylaşım tətbiqi Tea, böyük bir məlumat sızması ilə silkələndi. Tea rəhbərliyinin verdiyi açıqlamaya görə, tətbiqin sisteminə daxil olan hakerlər 72 min istifadəçiyə aid vizual məlumatlara çıxış əldə ediblər. Sızdırılan görüntülər arasında 13 min selfi və şəxsiyyəti təsdiqləmə zamanı yüklənmiş fotoşəkillər də var.
İnternetin qaranlıq tərəfi bu dəfə 4 milyon qadın istifadəçiyə sahib Tea tətbiqini hədəfə aldı. Flört və şəxsi məlumat paylaşımına imkan verən bu populyar platforma böyük bir kiberhücumla qarşı-qarşıya qaldı.
Tətbiqin rəsmi açıqlamasına görə, hakerlər 72 min şəxsi foto və vizual kimlik sənədlərinə çıxış əldə ediblər. Bu məlumatlar arasında 13 min selfi, həmçinin istifadəçilərin özlərini təsdiqləmək üçün sistemə yüklədikləri şəxsiyyət vəsiqəsi şəkilləri də mövcuddur. Bu isə, istifadəçilərin həm mənəvi, həm hüquqi təhlükə ilə qarşı-qarşıya qaldığını göstərir.
Mütəxəssislər xəbərdarlıq edir:
Bu cür hadisələr şəxsi məlumat təhlükəsizliyinə nə qədər diqqət yetirilməsinin vacibliyini bir daha xatırladır. Çünki internetdə yüklənən hər bir foto, hər bir sənəd düzgün qorunmadıqda, istənilən zaman kütləvi şəkildə ifşa oluna bilər.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 09:27
Naxçıvanda sahibkarlığın inkişafı üçün gömrük güzəştləri və dəstək mexanizmləri müzakirə edildi
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Qışa tərəvəzli ragu hazırlayırıq