Bu gün, 16:00 0 Dünya

ABŞ-ın Qəzzə üçün yeni planı: Girovlar 60 günə mərhələli azad ediləcək

ABŞ-ın Qəzzə üçün yeni planı: Girovlar 60 günə mərhələli azad ediləcək
“The New York Times” qəzetinin məlumatına görə, ABŞ-ın Qəzza zolağında atəşkəsə dair yeni təklifi çərçivəsində HƏMAS tərəfindən saxlanılan israilli girovlar mərhələli şəkildə, 60 gün ərzində azad ediləcək.

Mənbələrin bildirdiyinə görə, təklifə əsasən, sağ qalan 10 girovun və saxlanılan 18 meyitin azad edilməsi, əvəzində isə fələstinli məhbusların İsrail həbsxanalarından buraxılması nəzərdə tutulur.

Azadetmələr 5 mərhələdə həyata keçiriləcək və bu proses 60 gün davam edəcək. Xatırladaq ki, ABŞ-ın əvvəlki təklifinə görə, bütün girovlar atəşkəsin yeddinci gününədək azad edilməli idi.

Üç israilli rəsmiyə istinadən qəzet yazır ki, yeni təklifin məqsədi HƏMAS-a daha güclü zəmanət verərək müvəqqəti atəşkəsin daimi sülhə çevrilməsinə zəmin yaratmaqdır.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: