Dünən, 20:00 0 Dünya

ABŞ hakimiyyəti Ukrayna məsələsində mövqeyini dəyişdi

ABŞ hakimiyyəti Ukrayna məsələsində mövqeyini dəyişdi
ABŞ Avropa ölkələrinin Ukraynaya təhlükəsizlik zəmanəti üçün göndərə biləcəyi qoşunları dəstəkləməyə hazır olduğunu bildirib. Bu barədə Financial Times yazır.

Vaşinqton kəşfiyyat, müşahidə və rekognosirovka imkanlarını, həmçinin komandanlıq strukturlarında kömək göstərməyi vəd edib. Nəşrin vurğuladığı kimi, bu, ABŞ hakimiyyətinin mövqeyində ciddi dəyişiklikdir.

Qəzet qeyd edir ki, hələ bir sıra məsələlərin həlli tələb olunur:

Hansı ölkələrin və nə qədər hərbi qulluqçunun “potensial risk zonasına” göndəriləcəyi,

Rusiyanın buna razılıq verib-verməyəcəyi.

Avropalı rəsmilər isə “ehtiyatlı optimizmlə” bildirirlər ki, əsas maneə — ABŞ prezidenti Donald Trampın yardım göstərmək istəməməsi artıq aradan qalxıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: