Bu gün, 17:30 0 Dünya

Almaniyada jurnaldan Putinə “müsbət işarə”

Almaniyada jurnaldan Putinə “müsbət işarə”
Almaniyanın “Compact” jurnalı Rusiya prezidenti Vladimir Putinə həsr olunmuş gümüş sikkə təqdim edib. Bu barədə “İzvestiya”ya jurnalın rəsmi nümayəndəsi Andre Poggenburq məlumat verib.

Onun sözlərinə görə, bu addımla jurnal Rusiya liderinə dəstəyini ifadə etmək qərarına gəlib. Poggenburq bildirib:

Hazırda Almaniyada güclü antirusiya təbliğatı aparılır.

Jurnal rəhbərliyi sadəcə etiraz və məqalələrlə kifayətlənməyib, Putinə dəstək rəmzi olaraq müsbət işarə vermək istəyib.

“Almaniya hakimiyyəti və dövlət mediası militarist təbliğat aparır, Rusiyanı isə şər kimi təqdim edirlər. Bu, ideoloji cəfəngiyyatdır”, – deyə Poggenburq vurğulayıb.


Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: