Bu gün, 17:00 0 Sağlamlıq

Detoks üçün kombuça – möcüzə içki, yoxsa marketinq oyunu?

Detoks üçün kombuça – möcüzə içki, yoxsa marketinq oyunu?
Kombuça nə arıqladır, nə də orqanizmi detoks edir — bu, mifdir.


Bu barədə “Qazeta.Ru”ya RTU MİREA-nın A.N. Reformatski adına qeyri-üzvi kimya kafedrasının dosenti Andrey Doroхov danışıb.

Onun sözlərinə görə, kombuçanın orqanizmi təmizləməsi barədə deyilənlərin elmi əsası yoxdur:

“Detoks” anlayışı sırf marketinq termindir. Sağlam insanın orqanizmi artıq ideal təmizlənmə sisteminə malikdir — bu, qaraciyər və böyrəklərdir.

Heç bir klinik araşdırma kombuçanın bu orqanların fəaliyyətini nəzərəçarpacaq dərəcədə gücləndirdiyini sübut etməyib.

Arıqlama mövzusunda isə yeganə effekt yüksək kalorili şirin içkilərin kombuça ilə əvəz olunması nəticəsində yaranır. Heç bir “yağ yandırma” və ya “metabolizmi möcüzəvi sürətləndirmə” baş vermir.

Mütəxəssis kombuçanı yalnız ənənəvi fermentasiya olunmuş içki kimi dəyərləndirir. Sağlam insanın rasionunda, orta miqdarda qəbul edildikdə (200–300 ml/gün) bağırsaq mikrobiotasına faydalı təsir göstərə bilər.

Amma:

Kombuça dərman və ya möcüzəvi vasitə deyil.

Hazırlanmasında texnoloji və gigiyenik qaydalara ciddi əməl olunmalıdır.

Xroniki mədə-bağırsaq xəstəliyi, allergiyası və ya immun pozğunluğu olan insanlar üçün daim istifadəsi həkimlə məsləhətləşdirilməlidir.

Həddindən artıq istehlak (gündə yarım litrdən çox) isə orqanizmdə həzmsizlik, turşuluq, qastrit və xora xəstəliklərinin kəskinləşməsi, həmçinin qarında köp və narahatlıq yarada bilər.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: