Polşanın sabiq səhiyyə naziri Nedzelski restoran yaxınlığında döyüldü

Polşanın sabiq səhiyyə naziri Adam Nedzelski restoran yaxınlığında döyülüb. Bu barədə RMF24 radiostansiyası məlumat yayıb. Hadisə Siedlce şəhərində baş verib. Zərərçəkmiş şəxs Müqəddəs İoann adına Mazovetski vilayət xəstəxanasına yerləşdirilib.
Şahidlərin sözlərinə görə, hücum zamanı cinayətkarlar eks-nazirin koronavirus pandemiyası dövründə qəbul etdiyi qərarları ucadan tənqid ediblər.
Xəstəxananın baş həkimi Marius Mejusk qeyd edib ki, Nedzelskinin xəsarətləri ciddi olmayıb və o, qısa müddət sonra xəstəxananı tərk edib.
Polis hücum edən şəxsləri saxlayıb. Onların 35 və 39 yaşlı iki kişi olduğu müəyyən edilib. Nedzelski bildirib ki, onu əvvəlcə yumruqla vurublar, sonra yerə yıxıb təpiklə zərbələr endiriblər.
Hadisədən sonra Polşanın sabiq baş naziri Mateuş Moravetski polisə dərhal tədbir görməyi çağırıb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 17:30
Almaniyada jurnaldan Putinə “müsbət işarə”
Dünya
Dünən, 16:30
Argentina prezidentinə hücum edən şəxs tutuldu
Populyar Xəbərlər
Ulusum.az təqdim edir: Fuad Coğitabatı ilə düşüncə dolu söhbət - VİDEO
Trampın əlindəki göyərmə yenə diqqət çəkdi
Bakıda liposaksiya qalmaqalı: Gülbadə Abdullayevadan açıqlama - VİDEO
ABŞ-da ardıcıl atışma xəbərləri – bu dəfə Vilanova Universitetində
“Yüksək gəlir” vədi ilə aldatma: Temu adı altında fırıldaq
Ağ Evdə futbol zarafatları: Tramp dünya çempionatına hazırdır