Mənbələr, İsrail və HAMAS arasında atəşkəsin ilk addımının üç girovun azad edilməsi olduğunu bildirib

HAMAS və İsrail arasında razılaşma şərtləri razılaşdırılıb.
"Ulusum" az xəbər verir ki, bu məlumati BBC-yə Fələstin rəsmisi bildirib. Reuters-ə danışan İsrail mənbəsi isə yekun razılaşmaya günlər və ya hətta saatlar qaldığını qeyd edib. Hər iki tərəf razılaşmanın həyata keçirilməsi üçün eyni "yol xəritəsi"ni təsvir edir.
Razılaşma bağlanıldığı ilk gündə HAMAS üç girovu azad edəcək. Daha sonra İsrail Qəzza sektorundakı yaşayış yerlərindən qoşunlarını çıxarmağa başlayacaq, bu, hər iki tərəf tərəfindən təsdiq edilib.
Daha yeddi gündən sonra HAMAS dörd girovu azad edəcək, İsrail isə Qəzzanın cənubundakı məcburi köçkünlərin şimal bölgələrinə yalnız piyada və sahil boyunca uzanan yol vasitəsilə qayıtmasına icazə verəcək.
Yüngül avtomobillər, yük maşınları və atlarla və ya digər heyvanlarla çəkilən arabaların Salahəd-din magistralını keçməsinə yalnız rentgen aparatında yoxlamadan sonra, Qətər və Misirdən olan texniki qrupların nəzarəti altında icazə veriləcək.
İsrail, həmçinin, 1000 fələstinli məhbusu azad etməyə razı olacaq. HAMAS isə 34 girovu azad edəcək.
Razılaşmanın təklif olunan layihəsinə əsasən, İsrail qoşunları Filadelfiya dəhlizində qalacaq və Qəzza sektorunun şərq və şimal sərhədləri boyunca 800 metrlik bufer zonasını dəstəkləyəcək. Bu, 42 gün davam edəcək atəşkəsin ilk mərhələsi ərzində həyata keçiriləcək.
Atəşkəsin ikinci və üçüncü mərhələlərinə dair danışıqlar, atəşkəsin 16-cı günündə başlayacaq.
Reuters-in İsrailli mənbəsi danışıqların çox irəlilədiyini bildirib. BBC-yə danışan Fələstinli mənbə isə qeyd edib ki, HAMAS və İsrail nümayəndələri 13 yanvarda eyni binada olsalar da, danışıqları vasitəçi vasitəsilə aparıblar. Texniki detalları müzakirə etmək isə xeyli vaxt alıb.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 09:27
Naxçıvanda sahibkarlığın inkişafı üçün gömrük güzəştləri və dəstək mexanizmləri müzakirə edildi
Cəmiyyət
Dünən, 13:50
Hava proqnozu açıqlandı - Sabah leysan yağacaq
Cəmiyyət
Dünən, 13:10
Almaniya bu vətəndaşları deportasiya edəcək
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO