Rubio deyir ki, İranın Hörmüz Boğazını bağlaması bütün dünyaya təsir edər

CBS kanalının “Face the Nation” proqramına qatılan Rubio, ABŞ-ın İranın nüvə obyektlərinə qarşı hücumlarını qiymətləndirib.
Rubio bildirib ki, hazırda İranın Hörmüz Boğazını bağlama ehtimalı onlar üçün təcili məsələ deyil, amma belə bir hal baş verərsə, ilk reaksiyanı Çin verməlidir.
Çinin neftinin böyük hissəsinin bu yol ilə keçdiyini vurğulayan Rubio əlavə edib:
“Əgər İran Hörmüz Boğazını mina ilə bağlayarsa, ən çox zərər çəkən Çin olacaq. Bu, Çin üçün böyük itki olar. Dünyanın digər ölkələri üçün də eyni vəziyyətdir. Bizə də təsiri olacaq, amma digər ölkələrdə daha böyük təsir yaranar. Bu, onların üçün intihar kimi bir addım olar və hesab edirəm ki, bunu etsələr, bütün dünya onlara qarşı hərəkətə keçər.”
Rubio İranın ABŞ-ın “gözlənilməz” hücumlarından sonra “niyə sülh müqaviləsi bağlamalıdır?” sualına da toxunaraq, “Onlar etibar edilməyən tərəfdir. Nüvə proqramları barədə beynəlxalq təşkilatlara yalan danışırlar” deyib.
İranın mümkün rejim dəyişikliyini istəmədiklərini qeyd edən Rubio, “Bu İran xalqının qərarıdır. Onlar bunu etmək istəyir, amma bizim diqqətimiz burda deyil” sözlərini əlavə edib.
Rubio, İranın yeraltına nəyə görə “bir şeylər gizlətmək” ehtiyacı duyduğunu soruşaraq, “Niyə 60 faiz zənginləşdirilmiş uranları var? 60 faiz zənginləşdirilmiş urana ehtiyac yoxdur. Dünyada 60 faiz uranı olan ölkələr nüvə silahlarına malikdir, çünki bunu tezliklə 90 faizə çatdıra bilərlər” fikrini bildirib.
Rubio İranın kosmik proqramı ilə “aya getmək” məqsədi olmadığını vurğulayaraq, “İran aya gedəcək? Yox, onlar qitələrarası ballistik raket (ICBM) hazırlamağa çalışırlar” deyib.
ABŞ Prezidenti Donald Tramp isə İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki üç nüvə obyektinə hava hücumu etdiklərini açıqlamışdı.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Dünən, 21:00
1930-cu illərin ayaqqabı xəzinəsi: cəmi £1500
Sağlamlıq
Dünən, 20:00
Ürək Krizinə Qarşı 5 Təbii Qoruyucu Güc
Şou-biznes
Dünən, 17:30
Türkan Şorayın sevilməsinin əsas sirri nədir?
Populyar Xəbərlər
“İran dərhal təslim olmalıdır” – Tramp G7-ni yarımçıq qoydu
İsrail Prezidentindən İran lideri ilə bağlı şərh
Trampın İranla bağlı gizli hücum planları və raket hədəfləri açıqlanır
Bu 3 quruyemiş yumurta qədər tox saxlayır
Anoreksiya xəstəliyinin müalicəsi yoxdurmu?
İranın cavabı sərt oldu: İsrailə 15 raket atıldı – Tel-Əviv və Aşkelon hədəfdə!