Telegram qalmaqalı: Durov Fransanı ittiham etdi

Telegram-un qurucusu Pavel Durov gündəmə partlayış effekti yaradan açıqlaması ilə damğa vurub. O, Fransanın xarici kəşfiyyat xidməti DGSE-nin rəhbəri Nikola Lernerin Rumıniyada keçiriləcək prezident seçkiləri ərəfəsində Telegram-dakı mühafizəkar səsləri susdurmaq üçün ondan xahiş etdiyini bildirib. Durov bu təklifi sərt şəkildə rədd etdiyini deyib və bu cür müdaxiləni açıq şəkildə "söz azadlığına qarşı təhlükə" adlandırıb.
Durov xatırladıb ki, Telegram əvvəllər də Rusiya, Belarus və İranda etirazçı kanallarını bağlamayıb və Avropada da bu prinsipial mövqeyini qoruyacaq.
Onun bu qalmaqallı iddiaları Rumıniyada prezident seçkilərinin keçirildiyi günlərə təsadüf edib. Seçkilərdə müstəqil namizəd Nikusor Dan millətçi rəqibi Corc Simion üzərində qələbə qazanıb.
Fransa Xarici İşlər Nazirliyi isə Durovun dediklərini rədd edərək, Rumıniya demokratiyasına hörmət edilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Durov Fransada Telegram üzərindən təşkil olunan cinayət fəaliyyəti ilə bağlı istintaqa cəlb edilib və məhkəmə nəzarətində idi. Mart ayında isə ona müvəqqəti olaraq ölkəni tərk etmək icazəsi verilib və o, yenidən Dubaya qayıdıb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 09:27
Naxçıvanda sahibkarlığın inkişafı üçün gömrük güzəştləri və dəstək mexanizmləri müzakirə edildi
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Qışa tərəvəzli ragu hazırlayırıq