Mozarellalı Qaynadılmış Kartof
Qiyməli Mozarellalı Qaynadılmış Kartof – Sadə resept!
Sadə hazırlanır, ləzzəti uzun müddət unudulmur. Ailəniz və qonaqlarınız üçün mükəmməl seçim!
Tərkibi:
- 5-6 ədəd qaynadılmış kartof
- 300 qram mal qiyməsi
- 1 ədəd doğranmış soğan
- 1 xörək qaşığı tomat pastası
- Mozarella pendiri (rəndələnmiş və ya dilim)
- Az miqdarda kərə yağı və ya zeytun yağı
- Duz, istiot, qırmızı bibər (zövqə görə)
Hazırlanması:
1. Kartofları qaynadın, iri doğrayaraq dərin bir qaba əlavə edin.
2. Tavaya bir az yağ əlavə edib qiyməni qovurun.
3. Soğanı da əlavə edib birlikdə bişirməyə davam edin.
4. Ədviyyatlar və tomat pastasını əlavə edib qarışdıraraq 2-3 dəqiqə bişirin.
5. Hazırladığınız qiyməli qarışığı kartofların üzərinə yayın.
6. Üzərini bol mozarella pendiri ilə örtün.
7. Əvvəlcədən qızdırılmış 180°-lik sobada pendir əriyib qızarana qədər bişirin.
Ulusum.az / K.Rəcəbova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
