"Pensiya kalkulyatoru”na birinci rübdə 368 min müraciət
2025-ci ilin ilk üç ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi “Pensiya kalkulyatoru” elektron xidmətindən 368 min dəfə istifadə olunub.
Bu xidmət vətəndaşlara yaşa görə pensiya hüququnun nə vaxt yaranacağı, sığorta stajı, pensiya kapitalı və digər bu kimi vacib məlumatları asanlıqla öyrənmək imkanı yaradır.
İstifadəçilər e.sosial.az portalına daxil olaraq şəxsi hesablarındakı sosial sığorta kapitalına əsasən gələcək pensiya məbləğini də hesablaya bilirlər. 2020-ci ildən istifadədə olan bu e-xidmətə indiyədək ümumilikdə 4,7 milyondan çox müraciət edilib.
Bu rəqəmlər rəqəmsal xidmətlərin vətəndaşlar arasında populyarlığının artdığını və onların pensiya planlamasında daha fəal iştirak etdiklərini göstərir. Xidmətin davamlı təkmilləşdirilməsi isə daha geniş istifadəçi kütləsinə əlçatanlıq imkanı yaradır.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
10-01-2026, 09:05
Azərbaycanda bu vəzifələr ləğv olundu – İşçilər ixtisar edildi
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO