“Akvarel yağışı” təqdim olunub
Salyan Dövlət Rəsm Qalereyasında “Akvarel yağışı” adlı rəsm sərgisinin açılışı olub. "Yaşıl dünya naminə həmrəylik ilin"nə həsr olunan sərginin açılış mərasimində rayon rəsmiləri, YAP Salyan rayon təşkilatının əməkdaşları, idarə-müəssisə rəhbərləri, rəssamlar, sənətçilər, mədəniyyət nümayəndələri, ekoloqlar və ziyalılar iştirak edib.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Salyan rayonu üzrə nümayəndə Şamxal Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin rəsmisi Əzizağa Yaqubov, Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam-heykəltəraş İman Mustafayev, YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, veteran mədəniyyət işçisi Lətif Zərbəliyev, ekoloq Rüstəm Məlikov, mədəniyyət işçisi Leyla Babayeva və başqaları çıxış edərək, gənc rəssamlara yaradıcılıq uğurları arzulayıblar.
Bildirilib ki, bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”dir və bu il çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir. Bu sərgi də həmin tədbirlərdən biridir. Dünyamızı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirləri, ətraf mühitin mühafizəsi, flora və faunanın qorunması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, yaşıllıqların bərpası haqqında söz açmaq bu gün çox vacibdir. COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar da bu baxımdan çox mühüm hadisədir. Salyanlı gənc rəssamlar da bu sərgidə məhz tamaşaçı diqqətini təbiətə, iqlimə, yaşıllığa yönləndirib. Sonra “Akvarel yağışı” rəsm sərgisinə baxış olub. Yalnız akvarel texnikasında, natürmort və mənzərə janrında təqdim olunan əsərlərdə gənc və yeniyetmə rəssamlar ana təbiəti, yaşıllıqların qorunmasını, xüsusilə də çiçəkləri təsvir ediblər. Sərgidə 30 nəfərdən çox rəssamın 40-dək əsəri nümayiş olunub. Sərgi boyu gənc rəssamlar canlı formada rəsm əsərləri yaradıblar. Rəsm sərgisində Salyan Rayon Mədəniyyət Mərkəzinin solistlərinin ifasında təbiətə, çiçəklərə həsr olunan musiqilər səsləndirilib.
Qeyd edək ki, “Akvarel yağışı” rəsm sərgisi 30 noyabr tarixinədək tamaşaçıların üzünə açıqdır.

Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
14-11-2025, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Ulusum Tv
14-11-2025, 17:05
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Mətbəx
14-11-2025, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
14-11-2025, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?