Amerikada Xocalı Soyqırımı: Azərbayacanlılar Tarixi Yaşadır
Amerikanın Men ştatında martın 1-də Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anma tədbiri keçirilib.
“Ulusum”.az-ın məlumatina görə, tədbir, Amerikada yaşayan azərbaycanlıların vətəndən kənarda da öz millətinə və tarixinə dərin bağlı olduqlarını bir daha nümayiş etdirdi. Tədbirdə "My Way" Youth Organization-ın Prezidenti Alyona Badalova, "My Way Center"-in İncəsənət direktoru Emin Guliyev, Avandor Şirkətinin direktoru Agil Huseynov və sosial işçi, psixoterapist Mehriban Nəsibova çıxış edərək, Xocalı soyqırımının beynəlxalq miqyasda tanınmasının və qurbanlarının xatirəsinin yaşadılmasının vacibliyini vurğulayıblar.
Tədbirdə Agil Huseynov tarda müğam ifa edərək, Xocalı qurbanlarının xatirələrini ehtiramla yad edib və Azərbaycan musiqisinin əbədi gözəlliyini tamaşaçılarla bölüşməyə çalışıb. Onun ifası, tədbirə xüsusi bir ruh qataraq, iştirakçılara dərin duyğular yaşadıb.
Bu tədbir, həm də Xocalı qurbanlarının acısını dünya ictimaiyyətinə çatdırmaq, onların faciəsini unutmamaq və gələcək nəsillərə ötürmək məqsədini daşıyır. Amerikada yaşayan azərbaycanlılar, vətəndən uzaqda olsalar da, öz millətini düşünərək belə əhəmiyyətli hadisələri anmağa davam edirlər. Bu, onların vətənə, millətə və tarixə qarşı olan dərin sevgi və bağlılığının bariz nümunəsidir. Onlar, Xocalı soyqırımının dünya səviyyəsində tanınması üçün mübarizəni davam etdirərək, öz millətlərini ən yüksək səviyyədə təmsil etməyə çalışırlar. Təşkil olunan tədbir bir daha göstərdi ki, vətəndən kənarda belə, azərbaycanlılar birliyini qoruyur, köklərinə bağlı qalır və Xocalı soyqırımının yaddaşını yaşatmağı davam etdirirlər.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
23-01-2026, 13:30
Uzunömürlülüyün sirri nədir?
Sağlamlıq
23-01-2026, 10:00
Gündə 20 dəqiqə ilə xərçəng riskini necə azaltmaq olar?
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib FOTO , VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq
Ziya Bünyadov prospektində yerləşən obyektdə yanğın baş verib – FHN VİDEO, FOTO