Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib
Naxçıvanda qəza olub, 6 nəfər xəsarət alıb
Ulusum.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu, Çeşməbasar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “NAZ-Lifan” markalı avtomobillə “Xəzər” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Xəsarət alanlar - 2012-ci il təvəllüdlü Zahid Əliyev, 2003-cü il təvəllüdlü Elcan Rəhimli, 2010-cu il təvəllüdlü Salman Əliyev, 1986-cı il təvəllüdlü Şəhanə Əliyeva, 2012-ci il təvəllüdlü Ayla Əliyeva və 1993-cü il təvəllüdlü Turqut Əlibəyli Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.
R.D

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox