Tanıyaq: Qazaxlı Məmmədəli – SSRİ çempionu pəhləvanın həyat yolu
Yunan-Roma güləşi üzrə SSRİ çempionu, Əməkdar incəsənət xadimi Məmmədəli İbrahimovun xatirəsi yaşadılır
Yunan-Roma güləşi üzrə SSRİ çempionu, el arasında Qazaxlı Məmmədəli kimi tanınan pəhləvan Məmmədəli İbrahimov 1914-cü ildə Qazax mahalında anadan olub.
Ulusum.az xəbər verir ki, 1930-cu ildə Bakı Təyyarəçilik Məktəbini bitirən Məmmədəli İbrahimov, 1933-cü ildə Ali Hərbi Akademiyaya daxil olub və qırıcı təyyarəçi ixtisasına yiyələnib.
O, müxtəlif dövrlərdə Qazaxın kənd məktəblərində rus dili və ədəbiyyatı müəllimi kimi də fəaliyyət göstərib.
1946-cı ildə Yunan-Roma güləşi üzrə SSRİ çempionu olan pəhləvan, 1949-cu ildən etibarən Gürcüstan Dövlət Filarmoniyasında çıxış edib və ömrünün sonunadək orada çalışıb.
Əldə etdiyi qonorarlardan xeyriyyə məqsədilə istifadə edib. O, Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Məmmədəli İbrahimov 1977-ci ildə vəfat edib. Qazax rayon Güləş İdman Məktəbi onun adını daşıyır. Ağstafa şəhərində yaşadığı evin divarına isə barelyef vurulub.
R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
19-04-2024, 11:24
Hansı işə müraciət edirsənsə, ilk növbədə, CV-də(Curriculum Vitae) dil biliyinə, xüsusən də rus dilinə diqqət
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox