Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Mütəxəssislər bildirir ki, smartfonun mavi işığı yuxunu pozur, psixoloji asılılıq yaradır və uzunmüddətli sağlamlıq risklərini artırır.
Ulusum.az xəbər verir ki, alimlər telefonu yastığın altında və ya baş nahiyəsinə yaxın saxlamağın yuxu keyfiyyətinə və psixoloji vəziyyətə mənfi təsir göstərdiyini bildirirlər. Smartfon ekranından yayılan mavi işıq melatonin hormonunun ifrazını azaldır. Nəticədə yuxuya getmək çətinləşir və gecə ərzində tez-tez oyanmalar müşahidə olunur.
Mütəxəssislər həmçinin “nomofobiya” – telefonsuz qalmaq qorxusu sindromunun yayıldığını bildirirlər. Bu zaman insanda narahatlıq, əsəbilik və fiziki diskomfort yarana bilər.
Bundan başqa, elektromaqnit şüalanması və cihazın gecə boyu şarjda qalması həm sağlamlıq, həm də yanğın riski baxımından təhlükə yarada bilər. Xüsusilə uşaqlar və yeniyetmələr bu risklərə daha həssas hesab olunur.
Ekspertlər gecə saatlarında telefonu söndürməyi və ya yataqdan uzaq məsafədə saxlamağı tövsiyə edirlər.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
Bu gün, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
Dünən, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
Dünən, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
Dünən, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
Populyar Xəbərlər
Qazax Gənclər Evi Zirvədə: “Əməkdaşlıqda Lider” Nominasiyasının Qalibi
Qazax qəzası: suallar çoxdur…
YAP Qazax rayon təşkilatının partiya veteranı Rövşən Qayayev vəfat edib
Qazaxda icra başçısının vətəndaşlarla ilk səyyar görüşü keçirilib
Gəncədə kəsici alətlə xəsarət alan var
Gəncədə ana 40 günlük qızından imtina edib