"Bizim dünyamız" yaradıcılıq sərgisi təqdim olunub - FOTOLAR
Salyan Dövlət Rəsm Qalereyası və "Murad" Əlillər İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Bizim dünyamız" adlı yaradıcılıq sərgisinin açılış mərasimi olub. Salyan Dövlət Rəsm Qalereyasında keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin rəsmiləri Rahab Əhmədov, Əzizağa Yaqubov, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Milli Məclisin deputatı Jalə xanım Əhmədovanın köməkçisi Əlimuxtar Məmmədov, rəssamlar, sənətçilər, mədəniyyət və təhsil işçiləri, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Çıxış edənlər 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edərək, onlara göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd edilib ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin kurs prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu diqqət və qayğı xüsusilə fiziki məhdudiyyətli uşaqlarda özünü daha qabarıq formada göstərir.
Çıxışlardan sonra qalereyanın ekspozisiya zalında açılan sərgiyə baxış olub. Sərgidə "Murad" Əlillər İctimai Birliyinin 15 nəfərdən çox fiziki məhdudiyyətli uşağın 60-dək rəsm əsəri və dekorativ-tətbiqi sənət nümunəsi nümayiş olunub. Uşaqlar yağlı boya, akvarel, akril, quaş, qrafika və başqa texnikalardan istifadə etməklə tarixi Zəfər, yaşıl dünya, təhsil dünyası, flora, fauna və digər mövzularda mənzərə, natürmort, portret janrlarında rəsm əsərlərini təqdim ediblər. Sonra fiziki məhdudiyyətli rəssam uşaqlara fəxri fərmanlar təqdim olunub. Sərginin açılış mərasimində Salyan rayon Mədəniyyət Mərkəzinin solisti Şahin Şahbazov mahnılar ifa edib, "Murad" Əlillər İctimai Birliyinin üzvləri şeir və rəqs nömrələri ilə çıxış edib. Qeyd edək ki, sərginin nümayişi 5 iyun tarixinədək davam edəcək.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO