Bu gün, 08:57 0 Cəmiyyət / Gündəm

Şərurda qəza baş verib, 2 nəfər xəsarət alıb

Şərurda qəza baş verib, 2 nəfər xəsarət alıb
Naxçıvanda yol qəzası baş verib.

Ulusum.az AZƏRTAC-ın bölgə müxbirinin verdiyi xəbərə istinadla verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Şərur rayonu Daşarx kəndindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı 74-BD-219 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobillə 27 AOZ 83 Türkiyə dövlət nömrə nişanlı yük avtomobili toqquşub. Qəzada minik avtomobilinin sürücü və sərnişini xəsarət alıb, onlar Şərur Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, fakt araşdırılır.

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.